Hazırkı Ebola qızdırması Konqo Demokratik Respublikasında (KDR) indiyə qədər qeydə alınmış ən böyük epidemiyadır.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytındakı bəyanatda deyilir.
Təşkilatın məlumatına görə, ölkədə 1 587 ölüm halı da daxil olmaqla, 3 605 təsdiqlənmiş xəstəliyə yoluxma halı qeydə alınıb. Ümumi ölüm əmsalı 44% təşkil edir.
ÜST qeyd edir ki, sonuncu tam hesabat həftəsi ərzində bütün epidemiya dövrü üçün ən yüksək göstərici - 567 yeni yoluxma və 296 ölüm halı qeydə alınıb.
Təşkilatdan vurğulayıblar ki, infeksiya yüksək sürətlə yayılır və epidemiya güclənməkdə davam edir.
KDR tarixində 17-ci olan hazırkı epidemiya mayın 15-də ölkənin şərqində və Uqandada başlayıb və KDR-in üç vilayətini əhatə edib.

Şərhlər