Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alan şəxslərin sayı 150 min nəfərdən çoxdur. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı son rəsmi göstəricilərə görə, 2026-cı ilin iyul ayı ərzində bu kateqoriyaya daxil olan pensiyaçıların sayı 151 607 nəfər təşkil edib.
“AzPolitika” xəbər verir ki, ölkənin sosial təminat sistemində xüsusi çəkiyə malik olan bu göstəricidə aylıq müqayisədə cüzi dinamika müşahidə olunub. "Əmək pensiyaları haqqında" Qanuna əsasən, bu statusa malik olan şəxslər aşağıdakı əsas kateqoriyalara bölünür:
Hərbi qulluqçular və hüquq-mühafizə orqanlarının əməkdaşları. Müvafiq xidmət stajını (20–25 il) tamamlamış güc strukturları təmsilçiləri;
Zərərli və ağır iş şəraitində çalışanlar. Yeraltı, xüsusilə zərərli və ağır əmək şəraitində müəyyən olunmuş minimum staja (kişilər üçün 12,5 il, qadınlar üçün 10 il) malik olan şəxslər. Bu kateqoriya üçün pensiya yaşı 5 il azaldılır;
Xüsusi statuslu dövlət qulluqçuları. Qulluq stajına görə əlavələr alan dövlət qulluqçuları, hakimlər və prokurorluq əməkdaşları;Güzəştli kateqoriyalar. 5 və daha çox uşağı olan çoxuşaqlı analar, əlilliyi olan uşaqları böyüdən valideynlər, mülki aviasiya uçuş heyəti əməkdaşları, eləcə də cırtdanboy şəxslər (pensiya yaşı 20 il azaldılır).
DSMF-nin məlumatlarının təhlili göstərir ki, pensiyaçıların sayında aylıq müqayisədə kiçik azalma olsa da, illik dinamikada sabit artım tempi saxlanılır. Belə ki, 2026-cı ilin iyun ayında xüsusi şərtlərlə pensiya alanların sayı 152 240 nəfər olub. İyul ayında isə bu göstərici 633 nəfər azalaraq 151 607 nəfərə düşüb.
İllik müqayisəyə diqqət yetirdikdə isə ümumi sayın artması tendensiyası aydın görünür. Belə ki, 2025-ci ilin iyun ayında bu göstərici 148 770 nəfər təşkil edirdi. Bu da illik müqayisədə xüsusi şərtlərlə pensiyaya çıxanların sayının bir neçə min nəfər artdığını göstərir.
Ekspertlər bu kateqoriya üzrə göstəricilərin sabit qalmasını və illik artımını iki əsas amillə izah edirlər.
Proaktiv və avtomatik təyina DSMF-nin elektron infrastrukturu vasitəsilə vətəndaşın xüsusi şərtlərlə pensiya hüququ yarandığı gündən etibarən heç bir müraciət tələb olunmadan avtomatik təyinat həyata keçirilir.
Bundan başqa güc strukturlarında, hüquq-mühafizə orqanlarında və riskli istehsalat sahələrində xidmət müddətini başa vuran şəxslərin sistemə mütəmadi daxil olması pensiyaçı kontingentinin yenilənməsini təmin edir.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər