Ankara Respublika Baş Prokurorluğu Cümhuriyyət Xalq Partiyasının (CXP) keçmiş sədri, hazırda Yeni Partiyaya rəhbərlik edən deputat Özgür Özelin toxunulmazlığının ləğvi tələbi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.

Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, zəncirvari şəkildə rüşvət almaq iddiası ilə haqqında araşdırma başladılmış Ö. Özelin sözügedən cinayəti törətdiyi müəyyənləşdirilib. Bu səbəbdən onun toxunulmazlığının ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib.

Qeyd edək ki, Türkiyədə deputatın toxunulmazlığının ləğvi ancaq parlament qərarı ilə mümkündür. Ədliyyə Nazirliyi prokurorluğun hazırladığı sənədi parlamentə göndərir, parlamentin müvafiq komitəsi araşdırma apararaq toxunulmazlığın ləğvini plenar iclasa tövsiyə edir. İclasda keçirilən səsvermədə toxunulmazlığın ləğv edilib-edilməməsinə aydınlıq gətirilir.