Tərtərdə ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
“AzPolitika” xəbər verir ki, hadisə Tərtər şəhərində qeydə alınıb.
Yanğın zamanı evdə olan Əsgər Vəli oğlu Səmədov və Adilə Soltan qızı Hüseynova yanaraq ölüblər.
Onların ər-arvad olduqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər