ABŞ-da xüsusilə müəyyən növlərdə çoxlu sayda döyüş sursatı var. Bundan əlavə, lazım olduqda böyük miqdarda istehsal olunur və ABŞ-a göndərilir.

"AzPolitika" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.

“Müdafiə sənayesi şirkətləri ölkəmizin tarixində indiyədək ən çox sayda zavod və istehsal müəssisəsi tikirlər. Xəyanət xarakterli məlumatları sızdıran şəxslər müəyyən edilərək yaxalanırlar. Onlar üçün uzunmüddətli həbs cəzaları tələb olunacaq”, - o bildirib.

Qeyd edək ki, ABŞ-ın İranla müharibə zamanı uzaqmənzilli idarəolıunan raketlər, eləcə də hava hücumundan müdafiə sistemləri üçün tutucu raket ehtiyatlarının azaldığı barədə məlumatlar yayılmışdı.