Menu

SAMİR ŞƏRİFOVA YENİ VƏZİFƏ VERİLDİ - Prezident Sərəncam imzaladı

07.08.2026, 21:46
SAMİR ŞƏRİFOVA YENİ VƏZİFƏ VERİLDİ - Prezident Sərəncam imzaladı

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb.

"AzPolitika" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri, iqtisadiyyat naziri isə sədr müavini təyin edilib.

Təşkilat Komitəsinin üzvləri isə aşağıdakılardır:

Azərbaycanın xarici işlər naziri

Azərbaycanın maliyyə naziri

Azərbaycanın mədəniyyət naziri

Azərbaycanın daxili işlər naziri

Azərbaycanın fövqəladə hallar naziri

Azərbaycanın səhiyyə naziri

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycanın energetika naziri

Dövlət Gömrük Komitəsinin sədri

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Dövlət Sərhəd Xidmətinin rəisi

Dövlət Miqrasiya Xidmətinin rəisi

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri.

Təşkilat Komitəsi bu il sentyabrın 25–26-da keçiriləcək ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun təşkilini təmin edəcək, Forumunun keçirilməsi ilə bağlı hər il Tədbirlər Planını hazırlamalı və icrasını əlaqələndirməli, eləcə də Forumun təşkili və keçirilməsi ilə bağlı digər zəruri məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi isə Təşkilat Komitəsinin Katibliyi funksiyasını həyata keçirəcək.

Şərhlər

ƏNHU 2026-08-08 02:51:46

Bu adam neçə yerdə işləyir? Bunun daşıdığı vəzifələri sayıb qurtarmaq mümkün deyil. Gün 24 saat deyil, 124 saat olsa belə heç bir insan övladı bu qədər işin-gücün öhdəsindən gələ bilməz. Heç cin əhli də bunu bacarmaz. Ölkədə hamı ölüb təkcə bu adam qalıbmı? Bu neçəyerdən maaş alır? Camaat bir iş yeri tapıb başını girləyə bilmir....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol