Gədəbəy rayonunda 3 məktəbin fəaliyyəti dayandırılıb.
"AzPolitika" xəbər verir ki, bunlar Gədəbəy şəhəri 4 nömrəli məktəbi, Toplar kənd məktəbi və Günəşli kənd məktəbidir.
Məktəblərin fəaliyyəti dayandırılarkən buna səbəb kimi şagird sayının normadan aşağı olması göstərilib.
Bəs bağlanan məktəblərin şagirdləri təhsillərini hansı məktəblərdə davam etdirəcək, eləcə də ixtisara düşən müəllimlərin taleyi necə olacaq?
Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, 2026-2027-ci tədris ilində şagird sayının az olduğu Gədəbəy rayonu Toplar kənd ibtidai ümumtəhsil məktəbinin, Gədəbəy şəhəri 4 nömrəli ümumi orta ümumtəhsil məktəbinin, Gədəbəy rayonu Günəşli kənd tam orta ümumtəhsil məktəbinin optimallaşdırılması nəzərdə tutulub:
"Proses çərçivəsində mövcud qanunvericiliyin tələbləri gözlənilməklə təhsilverənlərin və təhsilalanların hüquq və mənafelərinin qorunması diqqət mərkəzində saxlanılaraq məktəbin pedaqoji heyəti və şagirdləri yaxın ərazilərdə məktəblərə yerləşdirilib"

Şərhlər