Bu gün səhər saat 11:15 radələrində Moskva şəhəri və Moskva vilayətinin sakinləri güclü partlayış səsi eşidiblər. Səs o qədər yüksək olub ki, bəzi evlərin divarlarını, pəncərələrini silkələyib və park edilmiş avtomobillərdə siqnalizasiya işə düşüb. Partlayışın yaratdığı effekt kameralara da düşüb.
“AzPolitika” xəbər verir ki, partlayış səsi barədə Rusiya mediasında məlumat və görüntülər yayımlansa da, hakimiyyət orqanlarına buna dair heç bir şərh vermirlər.
Məsələ ondadır ki, partlayışın vizual əlamətləri müşahidə edilməyib. Rusiya mediasına danışan bəzi ekspertlər iddia edirlər ki, bu, Moskva üzərindən uçan hərbi təyyarənin adi sürətdən səsdən yüksək sürətə keçməsi nəticəsində yaranan partlayış effekti ola bilər. Yəni, təyarənin sürətini kəskin dəyişməsi nəticəsində bu cür səs yaranıb. Çünki səsdən üstün sürətlənmə şok dalğası və yerdə güclü partlayış kimi qəbul edilən qəfil təzyiq artımı yarad bilir Lakin heç kim həmin vaxt səmada təyyarə görməyib və ümumiyyətlə, bu cür təyyarələrin səsdən yüksək sürətlə yaşayış məntəqələrinin üzərində uçması qadağandır…
Ancaq digər mütəxəssislər bu iddiaya şübhəilə yanaşırlar. Ən azından ona görə ki, həta bu cür effekt yaranıbsa belə, onun səsinin az qala bütün şəhərə, hətta vilayətə yayılması, üstəlik binalarda divarları, pəncərələri silkələməsi inandırıcı deyil. Məsələni bir qədər də şübhəli edən hakmiyyətin bu hadisəyə heç bir reaksiya verməməsidir. Odur ki, sözügedən güclü partlayış səsinin nə ilə bağlı olduğu qaranlıq qalır.
“AzPolitika.info”
— Новости (@gulnarazeynal) August 7, 2026

Şərhlər