Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş komandanı Mixail Drapatiydən cəbhədəki son vəziyyət və anti-balistik müdafiə sahəsində atılan addımlarla bağlı məruzəni qəbul edib.
Görüşdə xüsusilə Rusiyanın dərinliklərinə endirilən uzaqmənzilli zərbələr və sanksiya xarakterli hərbi əməliyyatlar müzakirə olunub.
Zelenski Rusiyanın strateji obyektlərinə vurulan zərbələrə toxunaraq deyib: "Yaroslavl neft emalı zavoduna qarşı keçirilən əməliyyatda yaxşı nəticələr əldə edilib. Müvafiq əməliyyatları davam etdiririk."
Görüş zamanı ABŞ tərəfi ilə anti-balistik müdafiə məsələləri üzrə aparılan danışıqlar da nəzərdən keçirilib. Zelenski vurğulayıb ki, Hava Hücumundan Müdafiə (HHM) sistemləri üçün raket paketlərinin təmin edilməsi istiqamətində bütün səviyyələrdə iş aparılır.
Ukrayna dövlət başçısının sözlərinə görə, Qərb tərəfdaşları HHM sistemlərinin təkcə mülki şəxsləri və şəhərləri qorumaq üçün deyil, həm də Kremlin diplomatiyaya yanaşmasını dəyişmək üçün vacib olduğunu anlayırlar: "Putin balistik raketlərə nə qədər çox bel bağlayarsa, diplomatik təkliflərə müsbət cavab vermək meyili bir o qədər azalacaq. Dolayısilə, Ukraynanın müdafiəsinin gücləndirilməsi birbaşa diplomatiyaya qoyulan yatırımdır".
"AzPolitika.info"

Şərhlər