Ukrayna Silahlı Qüvvələrinin məşhur "Madya’s Birds" (Madyar’nın quşları) pilotsuz uçuş aparatları bölməsinin komandiri Robert Brovdi ("Madyar") 51 illik yubileyində müharibənin gedişatı və Rusiyanın məğlubiyyət şərtləri ilə bağlı diqqətçəkən bəyanat yayıb.
"AzPolitika" xəbər verir ki, təcrübəli komandir öz müraciətində Rusiyanın hərbi maşınının dayandırılması üçün vacib olan "5 əsas amil" formulunu açıqlayıb.
Brovdinin sözlərinə görə, müharibə yalnız təcavüzkar tərəfin aşağıdakı imkanları fiziki olaraq itirdiyi an başa çatacaq:
-Müharibənin xərclərini ödəmək qabiliyyəti;
-Yeni silah və hərbi texnika istehsal etmək gücü;
-Öz dərin arxasını (arxa cəbhəsini) müdafiə etmək imkanı;
-Cəbhəyə canlı qüvvə göndərmək resursu;
-Ölkə daxilində sabitlik və nəzarət illüziyasını qoruyub saxlamaq bacarığı.
Qarşıda bizi Rusiyanın hərbi maşınının bu 5 sütununu ardıcıl olaraq sıradan çıxarmaq - asimmetrik və sistemli şəkildə qanını axıtmaq strategiyası gözləyir. Müharibə artıq gəldiyi yerə - "Kiyev 3 günə" akacağını xəyal edən "piter kütləsinin" öz daxilinə, öz həyətinə qaytarılıb” - deyə komandir vurğulayıb.
"Madyar" bu müharibənin Ukrayna tarixi üçün prinsipial fərqini də qeyd edib: "Bu, müasir tarixdə ukraynalıların Rusiyanın tərəfində deyil, məhz ona qarşı - öz torpağını və doğmalarını qorumaq üçün döyüşdüyü ilk müharibədir".
Öz şəxsi heyətinə və döyüşçülərinə müraciət edən komandir, prosesin artıq "cəhənnəm halqaları" mərhələsindən "təmizlənmə və qisas" fazasına keçdiyini bildirərək, zabit və əsgərlərinə "sağ qalmaq və düşməni məhv etmək" əmrini verib.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər