Menu

İCRA BAŞÇISININ SÜRÜCÜSÜ FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - FOTO

10.08.2026, 00:45
İCRA BAŞÇISININ SÜRÜCÜSÜ FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - FOTO

Zaqatalada ağır yol qəzası olub. 

"AzPolitika" Lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

"Opel" və "VAZ-2199" markalı avtomobillər toqquşub. 

Nəticədə "VAZ-2199"un sürücüsü hadisə yerində ölüb. 

Qəza nəticəsində bir neçə nəfərin də yaralandığı bildirilir. 

Əldə etdiyimiz məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür. 

Faktla bağlı araşdırma aparılır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol