Rumıniya Qara dənizdə Rusiyaya aid iki “Gerbera” dronunu məhv edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Rumıniyanın müdafiə naziri vəzifəsini icra edən Radu Miruțsa “Facebook” səhifəsində açıqlama yayıb. Eləcə də dronların məhv edilməsinin görüntüləri yayımlanıb.
İki dron Konstansadan təxminən 166 km məsafədə yerləşən Neptun Deep qaz yatağının yaxınlığında aşkar edilib. Onlar dənizdə mülki gəminin işlədiyi platformanın yaxınlığında uçublar. Rumıniya Müdafiə Nazirliyi ukraynalı tərəfdaşları ilə əlaqə saxlayıb və onlar bu sistemlərin onlara məxsus olmadığını təsdiqləyiblər.
Gəmiçilik və personal üçün təhlükə səbəbindən Rumıniya hərbçiləri dronları məhv etmək qərarına gəldilər. Dronlar nəzarətli şəkildə partladılıb.
“AzPolitika.info”

Şərhlər