Rusiyalı bloqer Qazaxıstandan deportasiya edilib. 

“AzPolitika” xəbər verir ki, bu barədə Qazaxıstan polisinin rəsmi məlumatı yayımlanıb. Həmin şəxs qazaxları rus dilini bilmədiklərinə görə təhqir edib.

Məlumatda deyilir ki, “Fasoollka” (Kseniya Quzayeva) ləqəbli rus bloqer sosial mediada təxribatçı və yersiz ifadələrə görə cərimə olunub və buna görə Qazaxıstandan deportasiya edilib. Polis onun deportasiyasının videosunu və aşağıdakı şərhi paylaşıb: "Xarici vətəndaş Qazaxıstan Respublikasının ərazisini tərk edib. Məhkəmə daha əvvəl onu sosial mediada təxribatçı və yersiz ifadələrə görə inzibati məsuliyyətə cəlb edib. Onun Qazaxıstana girişi beş il müddətinə qadağan edilib. Qanun və ölkəyə hörmət istisnasız olaraq hər kəs üçün məcburidir".

Rus bloqer canlı efirlərində və paylaşımlarında bildirib ki, Astananın mərkəzindəki insanlar "çadırlarda yaşamalı və at sürməlidirlər". O, həmçinin qazaxları rus dilində danışmadıqları üçün "iyrənc" adlandırıb.

“AzPolitika.info”