Menu

PENSİYALAR NEÇƏ FAİZ ARTACAQ? – Minimum rəqəm bəlli oldu

14.08.2026, 20:26
PENSİYALAR NEÇƏ FAİZ ARTACAQ? – Minimum rəqəm bəlli oldu

Rəsmi hesabata görə, yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin ilk yarısı ilə müqayisədə 7 faiz artıb. 

"AzPolitika" xəbər verir ki, bu rəqəm həm də pensiyada mümkün artımın anonsudur.

Ölkədə pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir. Bu il üzrə yekun rəqəm 2027-ci ilin fevralında bəlli olacaq.

Azərbaycanda pensiya yaşı 65 yaş, pensiyanın minimum məbləği 320 manatdır.

Pensiya təyinatı üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı gərəkdir. Minimum pensiya kapitalı minimum pensiya göstəricisinin (320) gözlənən pensiya ödənişi müddətinin (12 il) aylarının sayına (144) vurulmasından yaranır, hazırda 46080 manatdır.

2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış və azı 1 il sığorta stajı olan şəxsə pensiya kəsilir, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat aylıq müavinət verilir.(Medianews.az)

Şərhlər

Rasim Quliyev 2026-08-16 17:36:14

Amerika aktyoru Robert De Niro demişkən hər kəs ahıl vaxtını fikirləşməlidir. Qısaca Dövlətin və ya kiminsə ümüdinə qalmaq olmaz

Ferz 2026-08-15 08:31:27

Vətəndaş özü yığıdığı kapitalın 90 %-ni pensiya idarəsi 144 aya bölərək vətəndaşa verir . Əgər ki 12 il yaşamasa, və yaxud da 65 yaşa çatmamış həyatını itirərsə bu vəsait batır.. öz zəhmətimlə qazandığım və sosial sığortaya ödədiyim şəxsi pulum Banka qoyulsaydı məndən sonra da nəvə nəticən 100 il keçsə belə faiz alacaqdı və istənilən vaxtı pulu Tam götürmək mümkün olardı.

pensiyaçı 2026-08-14 11:57:00

Ətiniz tökülsün, hələ bir 2030 üçün də bir şey yazın . Bu qanunla təsbit olunmuş və vüqardan-müqardan asılı olmayan bir şeydi

Maldar Sovxozundan 2026-08-14 11:43:19

Hörmətli *MediaNews* və *AzPolitikə*, ilin ortasından bircə ay keçib və cari ilə də kövrək də olsa, yenə öncədən inflyas proqnozlayırsınız. Minimal pensiyaya baxıb, möhtəşəm dünyəvi dövlətimizin möhtəşəm müsbət tərəqqisinə inanmırsınızsa, Mərkəzi Bankın yeni binasının ucalığı ilə fəxr edin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol