ABŞ İrana qarşı ölkənin iqtisadi təcrid tarixində “misli görünməmiş” tədbirlər tətbiq etməyə hazırlaşır.

Bunu ABŞ-nin maliyyə naziri Skot Bessent bildirib.

O qeyd edib ki, yeni tədbirlərin gələn həftə açıqlanması gözlənilir. O, bunun İranın iqtisadi təcridini daha da gücləndirəcək addımları və Hörmüz boğazı ilə bağlı məhdudiyyətləri əhatə edəcəyini deyib.

Bessentin sözlərinə görə, plan iqtisadi basqının əhəmiyyətli dərəcədə artırılması ilə yanaşı, İran limanlarına yük giriş-çıxışını məhdudlaşdırmağa yönələn tədbirlərin davam etdirilməsini nəzərdə tutur.

Nazir yeni tədbirlərin konkret olaraq hansı qurum və sektorları hədəf alacağını, habelə, onların tətbiqinin dəqiq mexanizmini açıqlamayıb. 

"AzPolitika.info"