Bu gün səhər tezdən Ukrayna “Flamingo” raketləri ilə Samaradakı “Proqress” Raket- Kosmik Mərkəzinə (PKM) zərbə endirib.

“AzPolitika” xəbər verir ki, Ukrayna mediasında dərc edilən bu məlumatı Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev də təsdiqləyib. Lakin qubernator həmişəki kimi, söhbətin konkret olaraq hansı obyektdən getdiyini açıqlamayıb.

“Proqress” RKM, “Starlink”-in Rusiya ekvivalenti olan “Rassvet” internet peyklərini buraxmaq üçün istifadə olunan “Soyuz-2.1b” buraxılış vasitələri istehsal edir. Müəssisə həmçinin, təyyarələrin təmiri və modernləşdirilməsi ilə məşğul olan “Aviakor” zavodunun yaxınlığında yerləşir. Yanğının əsas təyyarə yığma müəssisəsi olan 106 nömrəli binanı da əhatə etdiyi güman edilir.

Ötən gecə həmçinin, Rusiyanın Nijni Novqorod vilayətində, xüsusən də “Kinjal” hipersəs raketlərinin daşıyıcısı olan MiQ-31K təyyarələrinin yerləşdiyi Savasleyka aerodromunun yaxınlığında partlayışlar qeydə alınıb.

“AzPolitika.info”