Menu

Netanyahunun bu açıqlaması qalmaqal yaratdı - Britaniyadan etiraz

15.08.2026, 11:45
Netanyahunun bu açıqlaması qalmaqal yaratdı - Britaniyadan etiraz

Böyük Britaniya İsrail Baş naziri Benyamin Netanyahunun son müsahibəsində Birləşmiş Krallığı "İslam Respublikası" adlandırmasını "tamamilə qəbuledilməz" hesab edir.

“AzPolitika” xəbər verir ki, bu barədə Britaniya hökumətinin sözçüsü AFP-yə bildirib.

"Bu şərhlər tamamilə qəbuledilməzdir və biz mövqeyimizi İsrail hökumətinə çatdırmışıq", - deyə o qeyd edib.

Bundan əvvəl İsrail hökumətinin sözçüsü David Menser BBC-yə verdiyi müsahibədə Netanyahunun sözlərini “malalamağa” çalışıb. O, baş nazirin sadəcə başqa bir siyasətçidən sitat gətirdiyini iddia edib.

Menser əlavə edib ki, ABŞ vitse-prezidenti C.D. Vens də əvvəllər oxşar açıqlama vermişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol