Menu

Tbilisi su altında qalıb - VİDEO

15.08.2026, 14:40
Tbilisi su altında qalıb - VİDEO

Gürcüstanın paytaxtı Tbilisiyə yağan güclü yağışlar bir sıra problemlərə səbəb olub.

"AzPolitika" xəbər verir ki, intensiv yağıntılar səbəbindən küçələr, zirzəmilər və bir neçə metro stansiyası su altında qalıb.

Şəhərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb, bir çox yollarda nəqliyyatın hərəkəti iflic olub. Böyük həcmdə yağıntının öhdəsindən gələ bilməyən kanalizasiya xətləri daşıb.

Şəhərin Saburtalo rayonunda qaz kəməri zədələnib, nəticədə ətraf ərazidə yaşayan sakinlər təxliyə ediliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol