Menu

İspaniyadakı daşqınlarda iki nəfər həlak olub

16.08.2026, 11:57
İspaniyadakı daşqınlarda iki nəfər həlak olub

İspaniyanın şimal-qərbində leysan yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində iki qadın həlak olub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Qeyd olunub ki, fırtına və güclü yağışlarla əlaqədar İspaniyanın yeddi regionunda "sarı təhlükə" rejimi tətbiq edilib.

Fövqəladə xidmətlərin məlumatına görə, 60 və 80 yaşlarında iki qadın Pontevedra yaxınlığındakı həlak olub. İki uşaq əzilmələrlə xəstəxanaya yerləşdirilib.

Bazar günü İspaniyanın mülki müdafiə xidməti Mərkəzi və Şimali İspaniyanın yeddi regionunda fırtına və leysan yağışları barədə xəbərdarlıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol