"Qəzzada hər gecə 30-40 nəfəri öldürərək nöqtə əməliyyatları keçirməliyik. Özü də təkcə birbaşa təhlükə yaradanları yox. Orada yaşamağa layiq olmayan insanlar var. Onlar yaşamamalıdırlar. Onlar hətta insan da deyillər".

“AzPolitika” xəbər verir ki, bunu İsrailin qalmaqallı açıqlamaları və hərəkətlərilə tanınan milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. Nazirin açıq qətliam çağırışı İsrail mediasında dərc edilib.

Ben-Qvirin bu çıxışı Rom Braslavskinin aparıcılığı ilə yayımlanan "8 oktyabr" podkastında səsləndirilib.

Nazir həmçinin Qəzzanın tamamilə israillilər tərəfindən məskunlaşdırılmalı olduğunu deyib. Onun sözlərinə görə, "orada nə qədər çox yəhudi məskunlaşsa, bir o qədər yaxşıdır".

O əlavə edib ki, “terrorçular üçün mühacirət olmamalıdır. Biz sadəcə onları bir-bir öldürməliyik".

“AzPolitika.info”