Binəqədidə köhnə tikilidə baş verən yanğın söndürülüb.
"AzPolitika" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğınsöndürmə qərargahının rəisi İlqar Nəsibov məlumat verib.
O qeyd edib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin texnika və şəxsi heyəti cəlb olunub:
"1000 kvadratmetr tikilinin 400 kvadratmetri yanıb. Yanğının obyektin qalan sahəsinə və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Bəzi nöqtələrdə tüstüləmələr müşahidə olunsa da, yanğın söndürülüb. İki əməkdaşımız yüngül xəsarət alıb. Vətəndaşlar arasında xəsarət alan olmayıb. Yanğın zamanı tikiliyə dəymiş ziyan və yanğının baş vermə səbəbi araşdırma aparıldıqdan sonra məlum olacaq".
***
Bakı şəhəri, Binəqədi rayonunda, "Milyonerlər məhəlləsi" adlanan ərazidəki köhnə fabrikdə yanğın başlayıb.
"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, hadisə metronun "Nəsimi" stansiyası yaxınlığında qeydə alınıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi istiqamətində işlər görürlər.
Hadisə yerindən görüntünü təqdim edirik:


Şərhlər