Bakıda 40 yaşlı şəxs qayınanasını döyüb.

"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Salyan rayon sakini, 1986-cı il təvəllüdlü İmran Məmmədov ailə qurub, Sabunçu qəsəbəsində qayınanasının evində qalıb. Bir müddətdən sonra qayınana-kürəkən arasında mübahisə yaranıb və onlar dava etməyə başlayıblar.

Bir neçə gün əvvəl İmran işdən evə gələrkən qayınanası yenidən onunla mübahisə edib və evdən getməsini istəyib. Bu vaxt İmran həyətdən plastik borunu götürüb evə gələrək qayınanasını döyməyə başlayır. O, əlindəki boru ilə qayınanasının bədəninin müxtəlif nahiyələrinə zərbə endirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və İ.Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.