Menu

19 yaşlı qız avtomobildə öldürüldü - Qardaşı polisə təslim oldu

18.08.2026, 16:29
19 yaşlı qız avtomobildə öldürüldü - Qardaşı polisə təslim oldu

Hacıqabul şəhərində 19 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs qismində qardaşı saxlanılıb.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Hacıqabul şəhər sakini, 2007-ci il təvəllüdlü Qocayeva Zeynəb Cəlal qızı minik avtomobilində bıçaqla qətlə yetirilib.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Qadının qətlində şübhəli şəxs qismində qardaşı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol