Menu

Trampın xəritəli paylaşımına İrandan sərt cavab - Hörmüz boğazında gəmi vuruldu

18.08.2026, 17:33
Trampın xəritəli paylaşımına İrandan sərt cavab - Hörmüz boğazında gəmi vuruldu

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını ABŞ-nin yeni ərazisi kimi göstərən xəritə paylaşımı Vaşinqtonla Tehran arasındakı gərginliyi daha da artırıb, İrandan Trampın paylaşımına sərt reaksiya gəlib. 

Belə ki, Hörmüz boğazından keçməyə çalışan yük gəmisinin naməlum sursatla vurulduğu bildirilib.

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb ki, Oman sahillərində hərəkət edən gəminin mühərrik bölməsi naməlum sursatla vurulub.

Hadisə nəticəsində ekipaj üzvlərindən ən azı bir nəfərin öldüyü və ya yaralandığı bildirilib. 

"AzPolitika.info"

Şərhlər

Faiq 2026-08-18 19:10:09

Bu alverçi ağzına gələni danışır. Çünki bu adam siyasət adamı deyil. ABŞ tarixinin ən bacarıqsız prezidentidir. Təcrübəli siyasətçi heç vaxt yuxusunda nəyisə görüb səhər durub boşboğazlıq etmir. Bu adam ABŞ-ın Qorbaçovudur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol