Son illər Azərbaycanda istehlak qiymətlərinin (İQİ) artdığı müşahidə edilir.
Belə ki, xüsusilə 2021–2022-ci illərdə mövcud tendensiyanın sürətləndiyi görünür. Məsələn, 2021-ci ildə indeks 106,7 faizə yüksəlib və illik qiymət artımı 6,7 faiz olub. 2022-ci ildə isə qiymət artımı son illərin ən yüksək səviyyələrindən birinə çatıb. Ümumi İQİ 113,9 faiz təşkil edib ki, bu da qiymətlərin bir il ərzində 13,9 faiz yüksəldiyini göstərir. Həmin il xüsusilə ərzaq, içki və tütün məhsullarında bahalaşma diqqət çəkib - bu qrup üzrə indeks 119,5 faiz olub. 2023-cü ildə qiymət artımının tempi əhəmiyyətli dərəcədə zəifləyib.
Ümumi İQİ 108,8 faiz təşkil edib. 2024-cü ildə isə bu göstərici 102,2 faizə qədər düşüb. 2025-ci ildə isə ümumi İQİ 105,6 faiz olub. Başqa sözlə, Azərbaycanda istehlak qiymətləri orta hesabla əvvəlki illə müqayisədə 5,6 faiz artıb. Ərzaq, içki və tütün məhsulları üzrə qiymət artımı 6,8 faiz, ödənişli xidmətlər üzrə isə 6,5 faiz təşkil edib. Qeyri-qida məhsullarında artım isə daha aşağı — 2,5 faiz olub.
| İl | Ümumi İQİ | Qida, içki və tütün | Qeyri-qida məhsulları | Ödənişli xidmətlər |
| 2020 | 102,8% | 105,0% | 101,3% | 101,0% |
| 2021 | 106,7% | 108,1% | 105,1% | 105,8% |
| 2022 | 113,9% | 119,5% | 108,6% | 110,4% |
| 2023 | 108,8% | 109,6% | 108,4% | 108,2% |
| 2024 | 102,2% | 101,3% | 101,6% | 104,0% |
| 2025 | 105,6% | 106,8% | 102,5% | 106,5% |
Mövcud rəqəmlərə görə, 2022-ci ildəki kəskin bahalaşmadan sonra qiymət artımı tədricən zəifləsə də, 2025-ci ildə yenidən sürətlənib. Xüsusilə ərzaq və xidmətlər üzrə qiymət artımı ümumi göstəricidən yüksək olub. 2025-ci ilin göstəricilərinə əsasən, regionlar arasında ən yüksək istehlak qiymətləri artımı Qobustan rayonunda qeydə alınıb. Burada İQİ 109,8 faiz olub.
Bu, qiymətlərin 2024-cü illə müqayisədə orta hesabla 9,8 faiz artması deməkdir.İkinci yerdə Göygöl rayonu qərarlaşıb — 108,6 faiz. Ardınca Qazax rayonu 108,5 faiz, Lerik rayonu 108,2 faiz və Ağcabədi rayonu 108,1 faizlə gəlir. Ən aşağı göstərici isə Xızı rayonunda qeydə alınıb. Burada İQİ 103,7 faiz təşkil edib. Ondan əvvəl Şamaxı rayonu 103,9 faiz, Mingəçevir şəhəri isə 104,4 faizlə ən aşağı göstəricilərə malik ərazilər sırasında olub. Beləliklə, 2025-ci ildə ən yüksək və ən aşağı göstərici arasında 6,1 faiz bəndi fərq yaranıb - Qobustanda 9,8 faizlik, Xızıda isə 3,7 faizlik qiymət artımı qeydə alınıb.
Bakıda isə İQİ 106,5 faiz olub. Bu göstərici paytaxtda istehlak qiymətlərinin orta hesabla 6,5 faiz artdığını göstərir. Bakı bu göstərici ilə siyahıda 20-ci yerdə qərarlaşıb.
2025-ci ildə regionlar üzrə orta illik istehlak qiyməti indeksi belə olub:
| 1 | Qobustan rayonu | 109,8% |
| 2 | Göygöl rayonu | 108,6% |
| 3 | Qazax rayonu | 108,5% |
| 4 | Lerik rayonu | 108,2% |
| 5 | Ağcabədi rayonu | 108,1% |
| 6 | Xaçmaz rayonu | 108,0% |
| 7 | Goranboy rayonu | 108,0% |
| 8 | İsmayıllı rayonu | 107,9% |
| 9 | Naxçıvan şəhəri | 107,8% |
| 10 | Naxçıvan iqtisadi rayonu | 107,8% |
| 11 | Ağstafa rayonu | 107,8% |
| 12 | Qax rayonu | 107,6% |
| 13 | Gədəbəy rayonu | 107,5% |
| 14 | Ucar rayonu | 107,4% |
| 15 | Neftçala rayonu | 107,0% |
| 16 | İmişli rayonu | 106,8% |
| 17 | Cəlilabad rayonu | 106,7% |
| 18 | Tovuz rayonu | 106,7% |
| 19 | Samux rayonu | 106,7% |
| 20 | Bakı şəhəri | 106,5% |
| 21 | Kürdəmir rayonu | 106,5% |
| 22 | Gəncə-Daşkəsən iqtisadi rayonu | 106,5% |
| 23 | Qazax-Tovuz iqtisadi rayonu | 106,4% |
| 24 | Şirvan şəhəri | 106,4% |
| 25 | Zaqatala rayonu | 106,4% |
| 26 | Zərdab rayonu | 106,4% |
| 27 | Qəbələ rayonu | 106,3% |
| 28 | Füzuli rayonu | 106,3% |
| 29 | Tərtər rayonu | 106,3% |
| 30 | Dağlıq Şirvan iqtisadi rayonu | 106,3% |
| 31 | Qarabağ iqtisadi rayonu | 106,0% |
| 32 | Quba rayonu | 106,0% |
| 33 | Bərdə rayonu | 105,9% |
| 34 | Şəki-Zaqatala iqtisadi rayonu | 105,9% |
| 35 | Beyləqan rayonu | 105,8% |
| 36 | Naftalan şəhəri | 105,8% |
| 37 | Qusar rayonu | 105,8% |
| 38 | Yevlax rayonu | 105,8% |
| 39 | Quba-Xaçmaz iqtisadi rayonu | 105,8% |
| 40 | Astara rayonu | 105,8% |
| 41 | Hacıqabul rayonu | 105,7% |
| 42 | Sabirabad rayonu | 105,7% |
| 43 | Şirvan-Salyan iqtisadi rayonu | 105,6% |
| 44 | Şəki rayonu | 105,6% |
| 45 | Şabran rayonu | 105,6% |
| 46 | Ağdaş rayonu | 105,5% |
| 47 | Sumqayıt şəhəri | 105,5% |
| 48 | Abşeron rayonu | 105,5% |
| 49 | Gəncə şəhəri | 105,5% |
| 50 | Lənkəran-Astara iqtisadi rayonu | 105,5% |
| 51 | Biləsuvar rayonu | 105,4% |
| 52 | Daşkəsən rayonu | 105,4% |
| 53 | Oğuz rayonu | 105,4% |
| 54 | Mərkəzi Aran iqtisadi rayonu | 105,3% |
| 55 | Siyəzən rayonu | 105,3% |
| 56 | Balakən rayonu | 105,3% |
| 57 | Ağsu rayonu | 105,2% |
| 58 | Abşeron-Xızı iqtisadi rayonu | 105,2% |
| 59 | Mil-Muğan iqtisadi rayonu | 105,2% |
| 60 | Göyçay rayonu | 105,1% |
| 61 | Ağdam rayonu | 105,0% |
| 62 | Salyan rayonu | 105,0% |
| 63 | Masallı rayonu | 105,0% |
| 64 | Şəmkir rayonu | 104,8% |
| 65 | Saatlı rayonu | 104,7% |
| 66 | Lənkəran rayonu | 104,7% |
| 67 | Yardımlı rayonu | 104,6% |
| 68 | Mingəçevir şəhəri | 104,4% |
| 69 | Şamaxı rayonu | 103,9% |
| 70 | Xızı rayonu | 103,7% |
E. Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər