Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

"AzPolitika" dövlət satınalmaların vahid internet portalına istinadla xəbər verir ki, “Teymur Collection” MMC (VÖEN – 1007222231) tenderin qalibi seçilib.

Tenderin şərtlərinə əsasən, AQTA Agentliyin tabeliyində fəaliyyət göstərən regional bölmələrin əməkdaşları üçün vahid geyim forması satın alacaq. Satınalma üzrə ilkin olaraq ehtimal olunan qiymət 694 min 250,64 manat müəyyən edilib.

Lakin tenderin qalibi ilə bağlanacaq müqavilənin məbləği 335 min 913 manat 79 qəpik təşkil edir.

Məlumata görə, “Teymur Collection” MMC AQTA-nın 222 qadın və 348 kişi əməkdaşı üçün müxtəlif geyimlər təqdim edəcək. Beləliklə, ümumilikdə 570 əməkdaş üçün geyim forması alınacaq.

Hesablamalara əsasən, Agentliyin bir əməkdaşın geyim formasına xərclədiyi vəsait orta hesabla 589,32 manat təşkil edir.

"AzPolitika.info"