Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Çambarak istiqamətinə gedən avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Mülki şəxsin idarə etdiyi "QAZ-53" markalı yük avtomobili hələlik məlum olmayan səbəblərdən bir qrup hərbi qulluqçunu vurub.

Hadisə nəticəsində Ermənistan ordusunun hərbi qulluqçusu Suren Mambrei Vardanyan aldığı xəsarətlərdən həyatını itirib.

Məlumata görə, insident 19 avqust saat 21:00 radələrində qeydə alınıb. Xəsarət alan digər hərbçilər dərhal hərbi hospitala təxliyə ediliblər. Onların həyati təhlükəsinin olmadığı və həkim nəzarəti altında müalicələrinin davam etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır, hadisənin təfərrüatları və başvermə səbəbləri müəyyənləşdirilir.

Rasim

“AzPolitika.info”