"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək".
"AzPolitika" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, vətəndaş pensiya yaşına çatdıqdan sonra işləməyə davam edirsə, onun topladığı pensiya kapitalı müəyyən müddətdən sonra yenidən hesablanır: "Belə vətəndaşların pensiya məbləği altı ildən bir artırılır. Bu səbəbdən 2026-cı ildə pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirərək altı illik müddəti tamamlayan şəxslərin pensiyaları topladıqları əlavə pensiya kapitalına uyğun olaraq yenidən hesablanacaq.
Digər pensiyaçılara gəldikdə isə onların pensiyalarının artımı fərqli mexanizm əsasında həyata keçirilir. Əmək pensiyaları hər il orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir.
Növbəti indeksləşdirmənin faizi 2026-cı il üzrə orta aylıq əməkhaqqının artım göstəricisi məlum olduqdan sonra müəyyənləşdiriləcək. Bununla bağlı qərarın 2027-ci ilin əvvəlində qəbul edilməsi və artımın yanvar ayından hesablanması gözlənilir.
Beləliklə, 2026-cı ildə altı illik əmək fəaliyyətini tamamlayan işləyən pensiyaçılar üçün nəzərdə tutulan artım fərdi pensiya kapitalının yenidən hesablanması ilə bağlıdır. Digər pensiyaçılar üçün isə növbəti ümumi artım 2026-cı ildə əməkhaqqının artım göstəricisinə əsasən müəyyən ediləcək və 2027-ci ilin yanvarından tətbiq olunacaq.
Bu səbəbdən bütün pensiyaçılara eyni vaxtda və eyni mexanizmlə əlavə artım ediləcəyi fikri düzgün deyil. Artımın növü və vaxtı vətəndaşın pensiya statusundan və əmək fəaliyyətini davam etdirib-etdirməməsindən asılı olacaq".


Şərhlər
Bizim her işimizin müsbet helli bir mövüze okdoğo kimi pensiya meseleleri de ele bir möcüzedir.Felek de baş aça bilmez bizim pensiya sisteminden o cümleden "Dost" xidmetinin fealiyyetinden.Allah bunddn beterinden saxlasın.
İşlədiyiniz illəri işdən çıxan kimi"DOST"mərkəzinə müraciət edib hesablatmalısınız.
Mənim73yaşım var.2016 cı ildə pensiya çıxmışam ondan sonra 6il işlədim 2023 cü ildə pensiyam hesablandı.2026 cı ilin may axırına kimi işləmişəm.Səhhətim imkan vermədiyi üçün işdən öz xahişilə çıxdım.Mənim pensiyamın hesablanması bu il olmalıdırmı yoxsa2029 cu ili gözləməliyəm.Artıq səhətim imkan vermir ki,işləyəm.
Biabırçılıqdır.Cammat pensiyaya çıxa bilimi ki,hələ bir 6 iidən bir hələ pensiya tək tək olacaq bundan sonra