Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
"AzPolitika" Baku TV-yə istinadən xəbər verir ki, hadisə Zahid Xəlilov küçəsində, metronun "Elmlər" stansiyasının yaxınlığında qeydə alınıb.
Məlumata görə, ərazidə market şəbəkələrindən birində çalışan kuryerlər arasında mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib və kuryerlərdən biri digərini bıçaqlayıb.
Xəsarət alan şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hadisəni törədən kuryer isə polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılıb.
Sakinlərinin sözlərinə görə, sözügedən ərazidə kuryerlər arasında mübahisə və davalar tez-tez baş verir. Onlar bu barədə dəfələrlə aidiyyəti şəxslərə və market şəbəkəsinin rəhbərliyinə məlumat verdiklərini bildirirlər.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər