Maliyyə Nazirliyində aylıq 4 min manat əməkhaqqı nəzərdə tutulan vakant vəzifə üzrə müsahibə elan olunub.
“AzPolitika” xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən nazirliyin aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Rəqəmsal media sektorunda aparıcı məsləhətçi vəzifəsi üçün müsahibə keçiriləcək. Bu vəzifə üzrə bir vakant yer mövcuddur.
Namizədin iqtisadiyyat və idarəetmə, filologiya, tərcümə, jurnalistika, dövlət və ictimai münasibətlər, politologiya, sosiologiya, regionşünaslıq, hüquqşünaslıq və ya beynəlxalq münasibətlər üzrə ali təhsili olmalıdır.
Bundan əlavə, müvafiq sahədə ən azı bir il iş təcrübəsi, “MS Office” proqramlarından, ofis texnikası və internetdən orta səviyyədə istifadə bacarığı tələb olunur. Namizədlər ingilis dilini ən azı B1 səviyyəsində bilməli və BA2 sertifikatına sahib olmalıdırlar.
Vəzifəyə qəbul ediləcək şəxsin əsas öhdəlikləri arasında nazirliyin rəqəmsal media üzrə kommunikasiya fəaliyyətinin təşkili, rəsmi internet səhifəsinin və sosial media hesablarının idarə olunması, kontent planlarının hazırlanması və paylaşımların monitorinqi yer alır.
Həmçinin namizəd müraciətlərin və sosial media fəaliyyətinin gündəlik izlənilməsi, statistik məlumatların təhlili və müxtəlif kommunikasiya materiallarının hazırlanmasını həyata keçirəcək.
Müsahibə elanı avqustun 17-də yayımlanıb. Namizədlər sənədlərini 15 sentyabr saat 18:00-dək təqdim edə bilərlər.


Şərhlər
15 il bank sektorunda çalışmışam və hüquq fakültəsini fərqlənmə ilə bitirmişəm. Amma dövlət sektorundan yararlana bilmirəm. Hal hazırda işləyirəm təssüf olsun ki, bu tip vakansiyalara müraciyyət etsəm də, dəyərləndirən və önəm verən nazirliklə rastlaşmaq mənə qismət olmayıb.
Sənədləri sv -ni hara gondermeliyik?
Bakalvr iqtisadiyyat ve idarəetmə
Magistr maliyyə bazarları
Elmi iş qiymətli kağızlar bazarinda rəqabət mühiti ve inhisarlasma meylləri
İngilsdili B2
İdarəetmə sahesinde 15 il təcrübə
Vatsap 0777171750
Azərbaycan Dövlət İqtisad Universiteti Əməyin İqtisadiyyati və Sosiologiyasi ixtisası ùzrə Mafistr
HUQUQ SAHƏSI UZRE OXUMUŞAM .UNVERSITETI idarədə işləmişem bir neçə il yapin üzvüyəm stajimda var Rus dilin əla bilirem ingilis dilin az bilirem 0518331100