Menu

Bu hərəkətinə görə 1 il avtomobil sürə bilməyəcək - VİDEO

22.08.2026, 10:39
Bu hərəkətinə görə 1 il avtomobil sürə bilməyəcək - VİDEO

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs olunub.

“AzPolitika” xəbər verir ki, Hacıqabul RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin keçirdiyi tədbirlərlə gecə saatlarında nömrəsiz idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan N.Əhmədzadə saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə N.Əhmədzadə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol