Suriya Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik Qüvvələrinə məxsus avtobus Dəməşq ətrafında partladılıb.

"Report" xəbər verir ki, bu barədə SANA nazirliyə istinadən məlumat yayıb.

"Şənbə günü Dəməşq ətrafındakı Maruneh-Əl-Tal şosesi ilə hərəkət edən avtobusda partlayıcı qurğunun işə düşməsi nəticəsində Daxili Təhlükəsizlik Qüvvələrinin bir neçə əməkdaşı yaralanıb", - açıqlamada qeyd olunur.

Nazirliyin məlumatına görə, müvafiq orqanlar hadisə ilə bağlı araşdırma aparır.