Bakının Nəsimi rayonunda, Tbilisi prospekti yaxınlığında, “Avropa” otelinin arxasında satışa çıxarılan dəbdəbəli malikanənin qiyməti böyük marağa səbəb olub.
“AzPolitika” xəbər verir ki, elan saytıdna yer alan məlumatda sözügedən villa üçün 12 milyon manat tələb olunur.
Malikanə 35 sot torpaq sahəsinin üzərində yerləşir. İki mərtəbədən ibarət olan evdə ümumilikdə 10 otaq var. Elanda bildirilir ki, villa tanınmış tikinti şirkətlərindən biri tərəfindən inşa olunub. Ev sahibinin iddiasına görə, tikili 12 ballıq zəlzələyə belə davamlıdır.

Malikanənin daxilində 5 yataq otağı, geniş zal, ofis və böyük hovuz yerləşir. Evin interyerində isə bahalı və dəbdəbəli əşyalar üstünlük təşkil edir. Villa İtaliya istehsalı mebellərlə təchiz olunub.
Məlumat üçün bildirək ki, hazırkı məzənnə ilə 12 milyon manat təxminən 7,06 milyon dollar edir. Maraqlıdır ki, bu məbləğlərə dünyanın müxtəlif yerlərində hətta özəl ada almaq belə mümkündür.

Məsələn, ABŞ-nin Minnesota ştatında yerləşən “Gale Island” adası hazırda 7,25 milyon dollara, yəni təxminən 12,33 milyon manata satışa çıxarılıb. Həmçinin ABŞ-nin Men ştatındakı “Sheephead Island” adası da 8 milyon dollara, yəni təxminən 13,6 milyon manata satışdadır. Adada iki ev və qayıq da mövcuddur.
Baham adalarında isə eyni pula daha böyük əraziyə malik ada əldə etmək mümkündür. “Northern Abaco Cays” bölgəsində yerləşən 26,3 hektarlıq özəl ada 7,999 milyon dollara, başqa sözlə, təxminən 13,6 milyon manata təklif olunur.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
Yuzlernen gencin heyatindan ogurlanmis hissedir. 100lernen evsiz heyati puc olmus gencin haqqi o evin ustundedir
Bizim jurnalistlere ele gelir ki biz alkaş rusun yaratdığı fehle-kendli hökumeti olan SSRİ-de yaşayırıq.Xeyr biz 35 ile yaxındur ki mğsteqil dövlet okaraq kapitalizm cemiyyetinde yaşayırıq v her şeyin qiymetini bazar hell edir.Yeni 35 ilde bu ölkede 100-200 millioner emele gelmeyib hamı memur be ya fehle kendlidşr.Qurtarın bu seviyyesiz söhbetleri.