Bir neçə günlük yüksəlişdən sonra "Bitcoin"  79 min dollara enib.

"AzPolitika"  xəbər verir ki, kriptovalyuta bazarında son 24 saatda əsasən eniş tendensiyası müşahidə olunub.

"CoinMarketCap"ın məlumatına görə, "Bitcoin"  2,09 faiz ucuzlaşaraq 79 045,34 dollara düşüb. "Ethereum" sutka ərzində 1,58 faiz geriləyərək 2 464,41 dollara, BNB isə 2,87 faiz azalaraq 695,99 dollara enib. Daha kəskin ucuzlaşma "Zcash"da qeydə alınıb – 8,49 faiz düşərək 784,54 dollara çatıb. "Bitcoin Cash"  3,83 faiz, Bittensor isə 3,20 faiz dəyər itirib. "Monero"  isə əksinə, 0,37 faiz bahalaşaraq 442,81 dollara yüksəlib.

Qızıl əsaslı kriptovalyutalarda isə cüzi artım olub. PAX Gold (PAXG) 0,24 faiz bahalaşaraq 4 640,88 dollara, Tether Gold (XAUT) isə 0,27 faiz artaraq 4 632,46 dollara çatıb.

Bazarın ümumi kapitallaşması 2,19 faiz azalaraq 2,65 trilyon dollara enib.

Qeyd edək ki, "Bitcoin" bir gün əvvəl üç aydan artıq müddətdə ilk dəfə 80 min dollar həddini keçərək 81 237,94 dollara qədər yüksəlmişdi. Analitiklər sonrakı geriləməni sürətli artımdan sonra mənfəətin realizasiyası və bazarda yeni müsbət katalizatorların olmaması ilə izah edirlər. 80–82 min dollar aralığı isə Bitcoin üçün mühüm müqavimət zonası hesab olunur.