Keçmiş xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov Ermənistanın Baş nazir Nikol Paşinyanın son bəyanatlarına və bəzi yerli ekspertlərin buna sərgilədiyi reaksiyaya sərt münasibət bildirib.
Diplomat sosial şəbəkə hesabında paylaşdığı şərhində ictimaiyyətin bəzi nümayəndələrinin Paşinyanın "sülhsevər" ritorikasına aldanmasını tənqid edib.
"AzPolitika" həmin şərhi təqdim edir:
"Açığını desəm, cəmiyyətimizin müəyyən bir hissəsinin Nikol Paşinyanın son bəyanatlarına verdiyi reaksiya məni hələ də təəccübləndirməyə davam edir. Gəlin hər şeyi öz adı ilə və açıq şəkildə adlandıraq.
Ermənistanın rəhbəri 2018-ci ildə hakimiyyətə gələn kimi Azərbaycan-Ermənistan münaqişəsində əvvəlki rejimlərin siyasətini davam etdirməyə çalışdı və bəyan etdi ki, "artsax Ermənistandır və nöqtə". Bundan sonra o, təmas xəttində ardıcıl olaraq eskalasiya taktikasına əl atdı, "İskəndər" raket sistemləri və "Su" qırıcıları daxil olmaqla yeni hücum silahları aldı. Onun müharibə naziri "yeni hərbi əməliyyatlar, yeni azad edilmiş ərazilər..." deyə hədə-qorxu gəldi.
Sonra 2020-ci ilin Vətən Müharibəsi və məlum hadisələr baş verdi...
Paşinyan hökuməti üç il ərzində Xankəndidəki marionetlərinin saxlanılmasına büdcədən 1 milyard dollardan çox vəsait, silah və resurslar ayırdı. Rusiyanın ermənilərin əvəzinə "Qarabağ" görə vuruşmayacağına əmin olduqdan sonra isə sərsəm şəkildə Fransa, İran, Hindistan və s. ilə oynayaraq başqa havadarlar axtarmağa başladı.
Və baxın, kapitulyasiyadan 6 il keçdikdən sonra Paşinyan bəyan edir ki, guya bizim eksklavlarımızı qaytarmağa məcburdur – özü də elə bir siyasi mimika və görkəmlə ki, sanki o, bizim olanı geri qaytarmaq deyil, bizə özündən nəsə hədiyyə etmək istəyir.
Bu "bir aktyorlu teatr" fonunda bizim politologiya sahəsindəki bəzi "piketçilərimiz" (divan politoloqları) dinc şəhərlərimizə raketlər yağdırmış hərbi cinayətkarın ünvanına mədhiyyələr oxumağa hazırdırlar.
Hörmətsiz "Paşinyan fanatları", bəlkə, yumşaq desək, heç olmasa susasınız?"
Rasim


Şərhlər
Bizim şərhlərimizin başına min oyun açırsız. Nöqtə-vergülün arxasında sətiraltı məna ola bilər ehtimalı ilə bütün abzası bombardman edirsiniz. Bəs nə əcəb bu urusa yaşıl işıq yandırırsız? Adam bilmirsən qarabağlıdır, yoxsa urusdur.Urusdursa bunun adı niyə Qarabağdır? "Musurman"dırsa buna nə düşüb ki, rus-dilində danışır. Bura Rusiyadır? Azpolitika niyə bu şərhi dərc etmisiniz? Nə vaxtdan bəri 5- ci kolona xidmətə başlamısınız? Niyə şərhi tərcümə etməsiz? Bizim kənddə heç kim rus-dili bilmir. Hamımızın bu dildən zəhləsi gedir. Bir adamın həddi nədir çaşıb bir kəlmə rus sözü işlətsn. Həmin dıqiqə 10 manat cəriməni yükləyirik belinə. İndi biz nə bilək ki, bu adam kimdir və bura nə yazıb? Bəlkə bizə söyür? Siz heç hansısa rus qəzetində azərbaycanca şərh görmüsünüz və ya görə blərsiniz? Bunu hansısa rus redaktor edər? Bəs siz niyə edirsiniz?
Təşəkkür edirəm.
Mən, Tofiq müəllimlə əsasən razıyam, amma Paşinyanın əvəzinə başqası olsaydı və Kremlin havasına tam oynasaydı, onda bizim üçün heç də asan olmazdı...
Çox sağ olun Tofiq müəllim, Sizinlə 100% razıyam, bəli cəbhədən uzağ Gəncə, Mingəçevir, Bərdə və s. şəhərləri "vur" komandası verən, bu Şuşada yallı gedən, "Qarabağ ermənistandır, nöqtə" deyən heyvərə deyildimi, indi sadəcə quyruğu qapı arasında qaldığından belə hərəkətlər edir. İnanın ki, Rusiya qayıdıb desə ki, Qarabağı alıb sizə verirəm, o dəqiqə 180 dərəcə dönərlər. İntəhası nə Rusiya, nə də Azərbaycan 90-cı illərin Dövlətləri deyil...
Əməldə sülhə şans verilməli...
Он деликатный Журналист, весьма лояльной дипломатией разыгрывающей любого, особенно самодовольных Политиков в и экономическом и юридическим отношениях, что необходимы не для Славы, а для Армении!
Gözel ve mentiqli mükemmel cavabdır.