Rusiya NATO ölkələrinə qarşı hərəkətə keçsə, Kalininqradı itirə bilər.

“AzPolitika” xəbər verir ki, Litvanın keçmiş xarici işlər naziri Antanas Valionis "Delfi" portalına verdiyi müsahibədə belə bir bəyanatla çıxış edib.

O qeyd edib ki, Rusiya NATO ilə birbaşa qarşıdurmada Kalininqrad bölgəsini itirmək riski ilə üzləşəcək. O hesab edir ki, Moskva öz ərazisindən təcrid olunmuş bu şəhərə hərbi qüvvələrini yerləşdirənə qədər Rusiyanın buradakı hərbi infrastrukturu NATO tərəfindən qabaqlayıcı zərbələrlə məhv edilə bilər.

"NATO ilə istənilən, məsələn, Baltik ölkələrilə ciddi münaqişənin əvvəlindəcə Kalininqraddakı hərbi infrastruktur qabaqlayıcı zərbələrlə məhv ediləcək”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu ssenari müxtəlif forumlarda dəfələrlə müzakirə olunub və hazırda getdikcə daha çox ictimaiyyət qarşısında səsləndirilir.

Qeyd edək ki, bundan öncə Almaniya Bundesverinin generalı Holger Neumann münaqişənin gərginləşməsi halında potensial strateji hədəflər kimi Kalininqrad, Kola yarımadası, Sankt-Peterburq bölgəsi və Qara dəniz donanmasının obyektlərini qeyd etmişdi.

“AzPolitika.info”