“AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi, aparıcı Nigar Fərhad saxlanılıb. Mediada gedən məlumatlara görə, Nigar daxil olmuş çoxsaylı vətəndaş şikayətləri əsasında Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub. O, artıq başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Gün ərzində barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcək. Qeyd edək ki, bir müddət əvvəl eyni məsələyə görə, onun həyat yoldaşı da həbs edilib.
Bəs Nigar Fərhad kimdir?
"AzPolitika" bildirir ki, Modern.az-a aparıcı ilə bağlı bəzi məlumatları toplayıb.
Nigar Fərhad qızı Əliyeva 30 iyul 1989-cu ildə Kürdəmir rayonunda anadan olub. Əslən Kürdəmir rayonundandır.
Özünün təqdim etdiyi bioqrafik məlumatlara görə, atası Fərhad Əliyevin Rusiyaya köçmək qərarından sonra ailə Surqut şəhərinə yerləşib və o, orta təhsilini burada başa vurub. Daha sonra Bakıya qayıdan Nigar Fərhad Bakı Kompüter Kollecinin “Proqramçı” fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra ABŞ-a dil kursuna gedən Nigar Fərhad kursu başa çatdırarkən ASA Universitetinin Kriminologiya fakültəsinə müraciət edib. Qəbul olunduğunu öyrəndikdən sonra yenidən ABŞ-yə qayıdaraq təhsilini davam etdirib.
Onun təqdim etdiyi məlumatlarda bildirilir ki, yüksək akademik göstəricilər əldə edən Nigar Fərhad 4 ballıq sistem üzrə 4.0 orta nəticə göstərib və bundan sonra ABŞ-də fəaliyyət göstərən John Jay College of Criminal Justice universitetinə qəbul olunub. Universitetdə təhsilini başa vurduqdan sonra Harvard Universitetində satış, marketinq və “Salesforce” istiqamətləri üzrə sertifikat proqramında iştirak edib və proqramı uğurla tamamlayıb. Daha sonra Moskva Dövlət Universitetinin Psixologiya fakültəsində də təhsil alıb.
Nigar Fərhadın bioqrafik məlumatlarında onun beynəlxalq biznes mühitində də fəaliyyət göstərdiyi qeyd olunur. Bildirilir ki, o, müxtəlif beynəlxalq tədbirlərdə və biznes layihələrində iştirak edib, tanınmış şirkət rəhbərləri ilə birgə biznes və investisiya layihələrinin hazırlanmasında iştirak edib.
Nigar Fərhad aparıcı kimi Kanal-S-də çalışıb. Burada o sosial yönümlü “Sözün bitdiyi an” verilişini aparıb.


Şərhlər
Allah özündən razını sevməz
Çox təkəbbürlüdü xoşum gəlmir ağzının danışığını bilməyən biridi
BELƏLƏRİN YACŞI EDİB İQOVUBLAR EFİRDƏN, DƏLƏDUZ ....
sadəcə insanlığın ibtidai sinfini oxusaydı kaşki....
37 yaşlı adam 5 universitet oxuyub....bitirməyib..Harvarda sertikat oxuyub.. ...yenə bitirməyib... Hər universitetdə 4 ildən(Harvardda 5 il) Cəmi 25 il oxyub... 12 yaşından universitetlərdə oxuyub...(bitirməyib).......ƏLA....istedad var... UĞURLAR....
Yenədə Harvard, ingilis dilli.
"Onun təqdim etdiyi məlumatlarda deyilir"nə deməkdir? Demək araşdırılmayıb
Bu işin ümumi tərəfi. Çoxsaylı vətəndaş "şikayəti“. Belə savadlı xanım niyə tutulsun ki? Vallah övladlarım üçün narahatam.. heç istəmirəm burada iş qurub yaşasınlar
məlumat toplamisiz...sözlə yoxsa sənədlə...adam hansı illərdə oxuyub..
deyək ki oxuyub...televizida ilk göründuyu gundən özünü özundən razı və psix kimi gostərdi..indi də fırildaqçılıqla məşğuldu...
Əgər belə təhsilli bir xanım tutuqlanıb, deməli nəsə cəmiyyətimizdə yolunda deyil.
Dedi atasız qızı oğluma gəlin almaram Allaha qurban olum indi özüdə tutuldu əridə uşaqları həm atasız qaldı həm anasız. Allah ona görə dəvəyə qanad vermir.
Çox maraqlıdır bu DƏLƏDUZ özünü sovremennıy, çox yuxarıdan aparır, heç rayonluları bəyənmir. Deyən gərək, sən özün Kürdəmirindən çıxmısan da indi nə oldu ???
Bizdə psixologiya belədir : kimin əlində imkan varsa, səlahiyyəti daxiliində rüşvət yığmalıdır,
əlbəttə, fırılfaqçılıqla...ancaq heyif belə savaddan.
Təhsil alıbda! Əslidə budu kopiyasıda
ümid edirəm aid group yeniden fəaliyyətini bərpa edəcəkdir
Gör Ölke kimlerin ümüdüne qalib Firildaqçi Onlara inanlara sözüm yoxdur
Azərbaycanın fəxri olacaq bir insanı necə həbs etmək olar axı
Bu dosye dogrudursa, onda bele çixir ki, o savadli,istedadli ve işbaz bir firildaqçidir da. Teesüf ki o yazilanlarin 90%i yalan,palandir. Beleleri Azerbaycanda minlerledir. Ona gõre de bu gundedir ölke.