Menu

MOSKVADA AZƏRBAYCANA QARŞI TƏXRİBAT - Rəsmi Bakının CAVABI

27.08.2026, 20:54
MOSKVADA AZƏRBAYCANA QARŞI TƏXRİBAT - Rəsmi Bakının CAVABI

“Bu gün günorta radələrində Azərbaycanın Rusiyadakı Səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən ölkəmiz əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsini qətiyyətlə pisləyirik”.

“AzPolitika” xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

“Bu qəbuledilməz təxribatın Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etməklə yanaşı, son dövrlərdə Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan çirkin və qərəzli kampaniyanın tərkib hissəsi olduğu istisna edilmir.

Azərbaycan tərəfi Rusiya Federasiyasının aidiyyəti qurumlarını bu kimi təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırır.

Rusiya tərəfinin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının Səfirliyinin və onun əməkdaşlarının təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinə, habelə diplomatik nümayəndəliyin normal fəaliyyətinə mane ola biləcək hər hansı təxribatçı hərəkətlərin qarşısının alınmasına dair öhdəliklərini tam şəkildə yerinə yetirməsini gözləyirik”, - bəyanatda deyilir.

Şərhlər

Oxucu vətəndaş 2026-08-27 16:38:53

Səfirlik qarşısındakı təxribat xəbəri hələ omun dəqiq sözlü, ya video təfsilatı deyil ki, ona qarşı həmrəylik üçün hər vətəndaşda tam təsəvvür və doğru-düşüncəli, bəlkə də təxribata uymamaq üçün təmkinli-faydalı təfərrüat yaransın?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol