Son 20 tədris ilində Azərbaycanın ali məktəblərində təxminən 94,1 min xarici tələbə təhsil alıb.
"AzPolitika" xəbər verir ki, ən az xarici tələbə qəbul etdiyimiz dönəm - 2005-2006-cı tədris ili olub. Həmin il təhsil üçün ölkəmizə cəmi 3073 xarici ölkə vətəndaşı üz tutub. Azərbaycan universitetlərinin ən çox xarici tələbə qəbul etdiyi dönəm isə 2024-2025-ci illər olub. Həmin il 7472 tələbə təhsil üçün ölkə universitetini seçiblər.
Beləliklə, 2005-ci ildən 2024-cü ilə qədər xarici tələbələrin sayı 3 073 nəfərdən 7 472 nəfərə yüksəlib. Bu, təxminən 2,4 dəfə artım deməkdir.
| Tədris ili | Xarici tələbələrin sayı |
|---|---|
| 2005/2006 | 3 073 |
| 2006/2007 | 3 690 |
| 2007/2008 | 5 014 |
| 2008/2009 | 5 585 |
| 2009/2010 | 5 285 |
| 2010/2011 | 4 723 |
| 2011/2012 | 4 231 |
| 2012/2013 | 3 926 |
| 2013/2014 | 3 971 |
| 2014/2015 | 3 698 |
| 2015/2016 | 3 425 |
| 2016/2017 | 3 370 |
| 2017/2018 | 3 784 |
| 2018/2019 | 4 262 |
| 2019/2020 | 4 688 |
| 2020/2021 | 5 256 |
| 2021/2022 | 5 765 |
| 2022/2023 | 6 223 |
| 2023/2024 | 6 680 |
| 2024/2025 | 7 472 |
Qeyd olunduğu kimi, 2024/2025-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində xarici ölkələrdən olan 7472 tələbə təhsil alıb.
Xarici tələbələrin sayına görə ilk 12 ölkə belədir:
- Türkiyə – 3 477 tələbə;
- İran – 942 tələbə;
- Rusiya – 794 tələbə;
- Gürcüstan – 668 tələbə;
- Hindistan – 305 tələbə;
- Pakistan – 180 tələbə;
- Suriya – 148 tələbə;
- Türkmənistan – 107 tələbə;
- Nigeriya – 94 tələbə;
- Qazaxıstan – 80 tələbə;
- Tacikistan – 70 tələbə;
- Çin – 58 tələbə.
"AzPolitika.info"

Şərhlər