Menu

Bakıda səs-küy yayılan daha bir restorandan ŞİKAYƏT - VİDEO

28.08.2026, 16:19
Bakıda səs-küy yayılan daha bir restorandan ŞİKAYƏT - VİDEO

Gecəyarısınadək səsləndirilən musiqi səsləri yaşayış kompleksinin əksər mənzillərində eşidilir.

"AzPolitika" Xəzər Tv-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Yasamal rayonunda fəaliyyət göstərən "İzmir" restoranındandır.

İnşaatçılar prospektindəki 33-a ünvanında yaşayan sakinlər iddia edirlər ki, yaşayış kompleksinin sakinləri yay mövsümü başalayandan gecələr mənzillərində səs-küydən dincələ bilmirlər.

Sakinlər deyirlər ki, hətta dəfələrlə bununla bağlı aidiyyəti qurumlara məlumat veriblər. Tədbir görülməsi üçün müraciətlərə baxmayaraq, iaşə obyektinin rəhbərliyi onların narahatlığına məhəl qoymur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol