Almaniyanın "WELT" nəşri Avropa kəşfiyyatının məxfi məlumatlarına istinadən xəbər yayıb ki, Rusiya ordusu 2027-ci ilin əvvəllərində Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan sonuncu iri şəhərləri - Kramatorsk və Slavyanski tam işğal edə bilər.

Nəşrin təhlilində qeyd olunur ki, hazırda Ukrayna Donetsk vilayətinin cəmi beşdə birindən də az hissəsinə nəzarət edir. Mütəxəssislərin və jurnalistlərin qənaətinə görə, məsələ artıq Rusiyanın bu əraziləri ələ keçirmək gücündə olub-olmamasında deyil, bu işğalın dəqiq nə vaxt baş verəcəyindədir. Kəşfiyyat hesabatları bu tarixin 2027-ci ilin ilk aylarına təsadüf edəcəyini göstərir.

Lakin kəşfiyyat məlumatlarında vurğulanır ki, Kremlin Donetsk vilayətini tam nəzarətə götürmək hədəfi Rusiya üçün həddindən artıq ağır və fəlakətli itkilər hesabına baş gəlir.

"WELT"-in əldə etdiyi rəqəmlərə görə, müharibə başlayan gündən bəri Rusiya Silahlı Qüvvələrinin ümumi canlı qüvvə itkisi artıq 1,4 milyon nəfərə çatıb. Bu dəhşətli statistikanın tərkibi aşağıdakı kimidir:

-Məhv edilənlər: 450 min nəfər;

-Yaralılar: 1 milyona yaxın şəxsi heyət;

Mütəxəssislər bildirirlər ki, Kremlin müharibəni bu cür dəhşətli insan resursu itkiləri bahasına davam etdirməsi Rusiya ordusunun uzunmüddətli döyüş qabiliyyətini və ölkənin demoqrafik vəziyyətini kritik həddə çatdırıb.

Rasim

“AzPolitika.info”