Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın ölkəsinin Rusiyadan gələ biləcək yeni miqrasiya dalğasını qəbul etməyə hazır olması barədə açıqlamasına reaksiya verib.

"AzPolitika" xəbər verir ki, Rusiya XİN rəsmisi A.Simonyanın sözlərini təxribat kimi qiymətləndirib:

"Alen Simonyanın bəyanatını təxribat hesab edirik. Bu bəyanatlar mahiyyət etibarilə Rusiya vətəndaşlarını qanunsuz əməllərə təşviq edir və ənənəvi erməni qonaqpərvərliyinə zəhərli siyasi çalar qatır".

Zaxarova bildirib ki, Simonyan "Dojd" televiziya kanalına müsahibəsində qərəzli və təxribat xarakterli sualın təsiri altına düşərək Rusiyada ehtimal olunan yeni səfərbərlik dalğası ilə bağlı əsassız iddialara uyub. Diplomat vurğulayıb ki, bu cür şayiələr Rusiya rəsmiləri tərəfindən dəfələrlə təkzib edilib.

Rusiya XİN nümayəndəsi Yerevan rəsmilərinin Moskva ilə ikitərəfli əməkdaşlığa xələl gətirən açıq bəyanatlar vermək tendensiyasını davam etdirməsinə diqqət çəkib. O xatırladıb ki, Simonyan hələ 2026-cı ilin fevralında Rusiyaya səfəri zamanı iki ölkə arasındakı əlaqələrin inkişafının vacibliyini vurğulayırdı.

Mariya Zaxarovanın sözlərinə görə, Ermənistan Təhlükəsizlik Şurası katibinin son şərhləri Yerevanın "Qərbə və Kiyev rejiminə xidmət etmək" niyyətində olduğunu nümayiş etdirir.

E. Səlimov

AzPolitika.info