Menu

PENSİYALARIN ORTA AYLIQ MƏBLƏĞİ ARTIB – 1,1 milyon nəfəri əhatə edəcək

31.08.2026, 20:49
PENSİYALARIN ORTA AYLIQ MƏBLƏĞİ ARTIB – 1,1 milyon nəfəri əhatə edəcək

2026-cı ilin ilk yarısında Azərbaycanda pensiyaların orta aylıq məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10.5 faiz artaraq 594 manata yüksəlib.

Deputat Vüqar Bayramovun təhlilinə görө, cari ilin yanvarından bütün növ əmək pensiyalarının 9.3 faiz indeksləşdirilərək artırılması bu göstəriciyə birbaşa təsir göstərib. Nəticədə, cari dövrə olan rəqəmlər orta pensiya məbləğinin orta aylıq əmək haqqının 51 faizini təşkil etdiyini göstərir.

Hesabat dövründə pensiyaların kateqoriyalar üzrə artım dinamikası aşağıdakı kimi olub:

Yaşa görə pensiyalar: 10.2 faiz

Əlilliyə görө pensiyalar: 10.5 faiz

Ailə başçısını itirməyə görə pensiyalar: 10.3 faiz

Qanunvericiliyə əsasən, “Əmək pensiyaları” haqqında Qanuna uyğun olaraq bütün növ əmək pensiyalarının növbəti indeksasiya prosesi gələn ilin yanvar ayında həyata keçiriləcək. Həmin vaxt pensiyalar 2026-cı il ərzində qeydə alınan orta aylıq əmək haqqının illik artım faizinə uyğun olaraq yenidən artırılacaq.

Qeyd edək ki, qarşıdakı pensiya artımları ölkə üzrə ümumilikdə 1,1 milyon vətəndaşı əhatə edəcək.

Rasim

"AzPolitika.info"

Şərhlər

Nurlan 2026-08-31 12:15:07

Alıcılıq qabiliyyəti isə aşağı düşüb çünki qiymətlər ondan çox qalxıb

Təqaüdçü 2026-08-31 10:52:49

Hansı artımdan danışlrsız?
Faizlə yaxşı səslənir, yazın ki 7 manat 10 manat artırmışıq təqaüd məbləgin, o zaman görünər bu mənasız yazılar!!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol