İran Prezidenti: Azərbaycanın dəstəyi və humanitar yardımı İran dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirilir
"AzPolitika" xəbər verir ki, Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycanın göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib.
“İranın üzləşdiyi bu çətin vəziyyətdə Prezident İlham Əliyevin mövqeyi, nümayiş etdirdiyi dəstək, verdiyi başsağlığı, həmçinin Azərbaycan tərəfindən göstərilən humanitar yardım İran dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bütün bunlara görə bir daha minnətdarlığımı bildirirəm”, – deyə Məsud Pezeşkian qeyd edib.
İran Prezidenti iki ölkə arasında əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdığını vurğulayaraq, Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlı olduqlarını bildirib.

Şərhlər