Menu

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunur? - AÇIQLAMA

02.09.2026, 11:00
İstisuda çimmək üçün icazə və ödəniş tələb olunur? - AÇIQLAMA

Kəlbəcərin İstisu ərazisində insanların təbii isti mineral sularda çimdiyini əks etdirən görüntülər son günlər sosial şəbəkələrdə geniş yayılıb.

"AzPolitika" Modern.az-a istinadən xəbər verir ki, həmin paylaşımlar İstisunun mineral bulaqlarından istifadə qaydaları ilə bağlı müzakirələrə səbəb olub. Vətəndaşları əsasən əraziyə giriş üçün əvvəlcədən qeydiyyat və ya xüsusi icazənin tələb edilib-edilməməsi, eləcə də çimməyin ödənişli olub-olmaması maraqlandırır.

Məsələ ilə bağlı Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, hazırda İstisunun isti mineral sularında çimməklə bağlı hər hansı xüsusi qayda və ya məhdudiyyət tətbiq edilmir:

"Vətəndaşlar buradan sərbəst və ödənişsiz istifadə edə bilərlər. Bunun üçün əvvəlcədən qeydiyyatdan keçmək və ya xüsusi icazə almaq tələb olunmur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol