Menu

Tibb işçilərinin əməkhaqları artırılır - Anar Bayramov AÇIQLADI

02.09.2026, 11:47
Tibb işçilərinin əməkhaqları artırılır - Anar Bayramov AÇIQLADI

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılır.

“AzPolitika" xəbər verir ki, bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında deyib.

O bildirib ki, əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunub və bu, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək: 

“Onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir”.

O qeyd edib ki, islahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artacaq.

Bildirilib ki, əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq.

Şərhlər

abdulla huseyinov 2026-09-03 13:44:32

Hormetli Anar m resbulikada hekim qalmdi hamisi xarici olkelere uz tutub bu ne demekdir bilirsinizmi 600 bal toplayan tibbe qebul olmaq isteyen abuturiyyentler colda qalib plan yerini artirin savadli usaqlari qoymullar oxumaga bu edaletsizlikdir bir dusunun geleceyimiz xarice uz tutur ve muxexesis olur xaricde qalir ozumuzde hekimsiz qalmiisiq ceneblar dusunun bunun caresini tapin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol