Menu

“Onlar məni ittiham edirlər...” - Sabiq nazir

03.09.2026, 15:07
“Onlar məni ittiham edirlər...” - Sabiq nazir

“Sülh yalnız siyasi razılaşmalarla əldə olunmur”

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanla sülh prosesi və azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsi ilə bağlı paylaşım edib.

Zülfüqarov bildirib ki, bir neçə gün əvvəl Ermənistanın işğalından azad edilmiş ərazilərin minalardan təmizlənməsi probleminə həsr etdiyi yazısına görə həm erməni oxucular, həm də azsaylı, lakin aqressiv bir qrup tərəfindən tənqid olunub. Sabiq nazir qeyd edib ki, həmin şəxslər müzakirə zamanı real siyasət və danışıqlar prosesi ilə bağlı “çox sadəlövh təsəvvürlərini” ortaya qoyublar.

“Onlar məni Paşinyanı ‘sülhpərvər’ və demokrat olduğu üçün tənqid etməkdə ittiham edirdilər”, - deyə Zülfüqarov bildirib.

Sabiq xarici işlər naziri danışıqların mahiyyətini və real siyasətin necə işlədiyini izah etmək üçün Prezidentin rəhbərlik etdiyi fəal danışıqlar komandasının üzvlərindən biri, xüsusi tapşırıqlar üzrə səfir və 1992-ci ildən etibarən danışıqlarda iştirak edən diplomat Elçin Əmirbəyovun fikrinə istinad edib.

Əmirbəyovun fikrincə, sülh yalnız siyasi razılaşmaların əldə olunması ilə təmin edilmir. Sabiq nazir bununla danışıqlar masasında əldə edilən razılaşmaların real həyatda konkret nəticələrlə müşayiət olunmasının vacibliyinə diqqət çəkib.

“AzPolitika.info”

Şərhlər

Bəhlul Dəniyev 2026-09-03 15:50:59

Hörmətli Cənablar Zülfüqarov, Əmirəyov və digər məsul Şəxslər Yer üzündə DOĞULMŞ hər vətəndaşın özünə məxsus hüquqları olurmu? SSRİ 1922-1991, müstəqil Azərbaycan 1918-1992 və bu gün özünə məxsus qanuni əraziləri varmı? Elə lap işğal dövründə 5-20 kilometrlik bufer və minalanan zonalar nədən SSRİ, RF, MDB və Beynəlxalq mühakimələr verilmirdi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol