Azərbaycanda sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi həll edilməmiş qalır və müvafiq qurum rəhbərlərinin son açıqlamaları hələlik bu istiqamətdə “əmlak amnistisayası”nın tezliklə baş verməyəcəyini deməyə əsas verir.
“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli son paylaşımında 500 min sənədsiz evin sənədləşdirilməsinin ölkənin iqtisadi və sosial həyatına hansı təsirlər edə biləcəyini sadalayıb:
“Azərbaycanda 500 minə yaxın sənədsiz ev-mənzil varsa, rəsmiləşdirilmə baş versə:Azərbaycanda 500 minə yaxın sənədsiz ev-mənzil varsa, rəsmiləşdirilmə baş versə:
1) Bazara potensial olaraq 500 min ev-mənzil daxil olacaq,
2) Həyət evlərinin rəsmiləşdirilməsi həmin məhəllələrdə bina tikintisini sürətləndirə bilər – məsələn, 10-15 sənədli evi alan iş adamı, onların yerində 12-14 mərtəbəli, 3 bloklu bina tiksə, bazara əlavə 70-90 arası mənzil çıxacaq. Əgər 2000 belə layihə olsa, bu, hardasa, 150.000 mənzil deməkdir ki, təklifin kəskin artması, qiymətlərin ucuzlaşmasına səbəb olacaq,
3) Çıxarış alan vətəndaş öz evində kiçik biznes aça, rəsmiləşdirə, kredit ala, işini böyüdə bilər (məsələn, kiçik təmir, şirniyyat sexi, kafe və s.),
4) Ölkədə 500 min evin rəsmiləşdirilməsi üçün 1000 manat rəsmi rüsum təyin edilsə (rüşvəti bu rəqəmdən 15-20 dəfə çoxdur), bu, büdcəyə əlavə 500 mln. manat vəsait gətirəcək,
5) 500 min ev-mənzildə qeydiyyat problemi həll olunacaq, seçkidə, siyasi-ictimai iştirakçılıq təmin ediləcək”.
“AzPolitika.info”


Şərhlər
1)Dövlət də, ev sahibi də hüququ statusla razılıqlı olacaqlar! 2)Yerli İcra və Bələdiyyəllər öz yerli-ərazi münasibətlərinə qarşılıqlı əminliklə yanaşcaqlar! 3)Mənzil sahibləri əminliklə yararsız tikililəri, *gecə qondularını ləğv edəcək, abadlığa əminliklə davam edəcəklər!
Hər evin kupçasını vermək üçün orta hesabla min dollar alınmasını nəzərə alaraq 500 min "ev amnistiyasi"ndan gələn 500 mln rüşvətdən imtina etmək deməkdir. Bunu kim edər?
Bu məmurarın canı ancaq puldur. 500000 sənədsiz ev milyardlarla pul axını deməkdir, mənimsəmə deməkdir.