Menu

Meloni Prezident İlham Əliyevə təşəkkür edib

04.09.2026, 19:57
Meloni Prezident İlham Əliyevə təşəkkür edib

İtaliyanın Baş naziri Ciorcia Meloni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrikinə görə təşəkkür edib.

"AzPolitika" xəbər verir ki, o, bu barədə “X”də paylaşım edib.

"Əziz Prezident İlham Əliyev, bu sözləriniz və xalqlarımızı bir-birinə bağlayan səmimi dostluğa görə təşəkkür edirəm. İtaliya və Azərbaycan illər ərzində ortaq baxış və maraqlara əsaslanan möhkəm əməkdaşlıq qurublar. Strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi istiqamətində birlikdə gördüyümüz işdən çox qürur duyuram və əminəm ki, xalqlarımızın maraqları naminə qarşıda əməkdaşlıq üçün yeni mühüm imkanlar açılacaq”, - deyə İtaliyanın Baş naziri qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol