Menu

Yüksək vəzifəyə təyin edilən Osman Xalıyev kimdir? - DOSYE

07.09.2026, 14:20
Yüksək vəzifəyə təyin edilən Osman Xalıyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Osman İsmayıl oğlu Xaliyev bu vəzifəyə təyinat alıb.

"AzPolitika" O.Xalıyevin tərcümeyi-halını təqdim edir:

O, 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini iqtisadi kibernetika ixtisası üzrə bitirib.

2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində idarəetmənin informasiya texnologiyası üzrə magistratura pilləsini bitirib.

2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb.

2010-2011-ci illərdə Access Bank QSC-də əməliyyatlar üzrə mütəxəssis, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib.

2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışmışdır.

2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.

2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri təyin olunub.

2021-ci ilin iyun ayının 1-dən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib. 2022-ci ildən isə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsində olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol